Kids Festival

Əziz valideynlər, siz və övladlarınız əyləncəli "Kids Festival"a dəvətlisiniz. Uşaqlar üçün maarifləndirici və əyləncəli master-klassların keçiriləcəyi, müxtəlif əl işləri, zinət əşyaları və oyuncaqların satılacağı bu sərgidə həmçinin "Libra kitab" nəşriyyatının kitablarını əldə edə bilərsiniz.
Kitablarımız Simurq Təhsil Fondu stendində satışa qoyulacaq. Simurq Təhsil Fondunun stendindən müxtəlif məhsullar əldə etməklə şəhid və qazi övladlarının təhsilinə dəstək ola bilərsiniz.
Onu da nəzərinizə çatdıraq ki, sərgi 22-23 yanvar tarixlərində Passage 1901-də saat 10:00-dan 20:00-a kimi keçiriləcək. Festivala giriş pulsuzdur. COVİD-19 pasportunun olması isə mütləqdir.

Baxış sayı : 335