“Övladına məktub yaz!” layihəsi

“Libra kitab” nəşriyyatı BMT-nin təsis etdiyi 15 May “Beynəlxalq Ailə Günü” münasibətilə “Övladına məktub yaz!” adlı yeni layihə elan edir.
Layihənin məqsədi ailələrdə valideyn-övlad münasibətləri ilə bağlı problemlərin aradan qaldırılmasına dəstək olmaqdır.

Şərtlər
1) Məktublar Azərbaycan dilində olmalıdır.
2) Bir məktubda 600-dən çox söz olmamalıdır.
3) Hər kəs yalnız 1 məktubla yarışa qatıla bilər.
4) Məktublar nəsr şəklində olmalıdır (şeirlə olmaz).
5) Məktubun hamısı və ya bir qismi müəllif tərəfindən feysbukda hər kəsə açıq formada @librakitab.az @ovladinamektubyaz #librakitab #ovladinamektubyaz etiketləri ilə paylaşılmalıdır.
6) Bu formada paylaşılan hər bir məktub qəbul edilmiş sayılır və sizə bu haqda şərh bölməsində məlumat verilir. Əgər sizə məlumat gəlməsə, mütləq bizə yazın.
7) Əlavə olaraq yarışma postu hər kəsə açıq formada ən az 1 dəfə paylaşılmalıdır.
8) Martın 15-də saat 23:59-da məktub qəbulu yekunlaşır. 1 ay müddətində xüsusi komissiya məktubları təhlil edəcək.
9) 15 aprel tarixində ən yaxşı 10 məktub açıqlanacaq.
10) 17 may 2020-ci ildə mükafatlandırma və məktublardan ibarət toplunun təqdimat mərasimi keçiriləcək.
11) İlk 10 yerə çıxan məktublar kitab şəklində nəşr ediləcək. Dəyərli hədiyyələrlə birlikdə həmin kitablar mükafatlandırılma zamanı qaliblərə təqdim ediləcəkdir.

Məktub qəbulunda son tarix: 15 mart 2020-ci il
Qaliblərin elanı: 15 aprel 2020-ci il
Qaliblərin mükafatlandırılması: 17 may 2020-ci il

Baxış sayı : 1886

gallery
gallery