Fəhmin Mirzə

Fəhmin Mizəyev (Fəhmin Mirzə) 1995-ci ildə Astara rayonunda anadan olmuşdur. 
2012-2016-cı illərdə Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil almışdır. 
2016-cı ildən müxtəlif jurnallarda və dərgilərdə ensiklopedik, tarixi yazıları ilə çıxış edir. 
Həmçinin uşaq jurnalında heyvanlar haqqında elmi-kütləvi məqalələrin müəllifidir. 2018-ci ildən “Libra kitab” nəşriyyatında redaktor və tərcüməçi işləyir. O, Jül Vernin “80 günlük dünya səyahəti”, “Aya səyahət”, “Hava şarında beş həftə”, “İki il məktəb tətili”, Robert Maykl Ballantaynın “Mərcan adası”, Luiza Mey Alkottun “Balaca qadınlar”, Yohanna Spirinin “Vinzi” əsərlərini Azərbaycan dilinə təcümə etmişdir. Bununla yanaşı, “Libra nəşriyyatı”nda müxtəlif səpkili əsərlər, xüsusən də bir çox uşaq 
ədəbiyyatı nümunələri onun redaktorluğu ilə çap olunmuşdur.

Müəllifə aid kitablar