Ceyhun Salmanov texnologiya və rəqəmsal innovasiyalar sahəsində
həm akademik, həm də praktik təcrübəyə malik mütəxəssisdir.
O, Massaçusets Texnologiya İnstitutu (MIT) və London
İqtisadiyyat Məktəbi (LSE) də daxil olmaqla bir sıra nüfuzlu
beynəlxalq universitetlərdə təhsil almış, texnoloji idarəetmə
və rəqəmsal innovasiyalar sahəsində ixtisaslaşmışdır.
Dövlət idarəçiliyində rəqəmsal texnologiyaların tətbiqi sahəsində
10 ildən artıq təcrübəyə malik olan Ceyhun Salmanov, dövlət
xidmətlərinin rəqəmsallaşdırılması üzrə bir sıra yerli və beynəlxalq
layihələrin hazırlanması və həyata keçirilməsində yaxından iştirak
etmişdir. Karyerasının 12 ilini Azərbaycanın intellektual brendi olan
ASAN Xidmət konseptinin qurulmasına həsr etmiş və bu qurumda
rəhbər vəzifələrdə çalışmışdır. Qeyd edək ki, ASAN Xidmət modeli
qlobal nüfuza sahibdir və Birləşmiş Millətlər Təşkilatının iki nüfuzlu
mükafatına layiq görülmüşdür.