Bu hekayədə Dəniz obrazının timsalında uşaqlara şəxsi sərhədlərini tanımaq, öz bədənlərini qorumaq və təhlükəli vəziyyətləri ayırd etmək kimi vacib məqamlar sadə süjetlə izah olunur. Əsəri oxumaqla uşaqlar şəxsi zonalarını qorumağı, narahat olduqları hallarda “yox” deməyi öyrənəcək, fərdi sərhədlərlə bağlı önəmli biliklər əldə edəcəklər. Uşaqların inkişafı üzrə türkiyəli mütəxəssislərin qələmə aldığı bu hekayə balaca oxucularda şəxsi zona və sərhəd şüurunun formalaşmasına kömək etməklə yanaşı, onların özünəinam, məsuliyyət düşüncəsinə və ünsiyyət bacarıqlarına da töhfə verir.