Səma düşür
- Müəllif : Kit Pirson
- Tərcüməçi : İmanyar Quliyev
- Silsilə adı : Müasir dünya uşaq ədəbiyaytı
- Mövzu : • Mübarizlik • Dostluq • Fədakarlıq • Ailə sevgisi
- Səhifə sayı : 294
- Kitabın ölçüsü : 140x210
- Qiymət : 6 AZN
Baxış sayı : 19
Baxış sayı : 19
“Biz hələ də çoxlu təyyarə görürük. Smarden yaxınlıqlarında biri də vuruldu, – ata yazırdı. – London hələ indi-indi müharibəni hiss edir. Ancaq hər kəs mətanətlə dözür. İnsanlar metrolarda, tunellərdə gecələyirlər. Bəzən buradan bombardmanların alovunu görə bilirik. Çox vaxt gecələr sığınacağa gedirik. Amma narahat olma, Ringdendə hələlik heç bir dağıntı yoxdur”.
1940-cı ildə Hitlerin İngiltərəyə elan etdiyi müharibə hər şeyi dəyişir. Nora və onun beş yaşlı qardaşı Qevin Kanadaya evakuasiya olunurlar. Vətənini tərk etmək istəməyən Noranın inadkarlığı, qalıb müharibədə həmvətənlərinə kömək etmək istəməsi valideynlərini qərarlarından döndərə bilmir. Kanadanın fərqli həyat tərzi, Noranın hər bir maneədən çıxış yolu tapmağa çalışması, cəsurluğu, hər şeyi dərindən düşünməsi balaca oxucularımızı həm təəccübləndirəcək, həm də əsər boyunca sıxılmağa qoymayacaq.
“Kit Pirsonun “Səma düşür” əsərini oxumaq əlinizi məxmər parça üzərində gəzdirmək kimidir. Uşaqlara aid tarixi bir roman... rəng və naxışlarla zəngin”.
“Ottava sitizn” (The Ottawa Citizen) qəzeti
Kit Pirsonun “Səma düşür” romanı ikinci dünya müharibəsi zamanı İngiltərədən Kanadaya evakuasiya edilən bacı-qardaşın başına gələnlər bəhs edir. Nora və onun beş yaşlı qardaşı Qevin istəməsələr də, valideynləri onları Kanadaya göndərir. Kanadanın fərqli həyat tərzi, Noranın hər bir maneədən təkbaşına çıxış yolu tapmağa çalışması, cəsurluğu, hər şeyi dərindən düşünməsi balaca oxucularımıza gözəl örnək olacaqdır.
Kitab uşaqlara çətin vəziyyətlərdə mətanətli olmağı, düzgünlüyü, dostluğu, vətənə sevgini aşılayır. Hansı şəraitdə olursa, olsun, doğmalarını qorumağı, onlara həyan olmağı öyrədir.