Min illərdir, aparılan müşahidə, təcrübə və hesablamalar nəticəsində bir çox sirr açılmış olsa da, Günəş sistemində hələ də kəşf ediləsi çox şey var. Üstəlik, kosmosda baş verənlər gündəlik həyatımıza da təsir edir. "Yaxın kosmos" kitabı da məhz ən çox ağıla gələn suallarla birlikdə bizi Günəş sistemində səyahətə çıxarır. Böyük kəşflərlə, ən son texnologiyalarla tanış olmaq, kosmosun dərinliklərinə dalmaq və kainatın sonsuzluğunu görmək hər halda hamımız üçün maraqlı olar.
Səyahət boyunca görəcəksiniz ki, elmi qanunlar o qədər də mürəkkəb deyil, bu qanunların metodları təbii və aydındır, öyrənmək də zövq verir.