VII İstanbul Nəşriyyatların Əməkdaşlıq Toplantısı

Bu il 7-cisi keçirilən İstanbul Nəşriyyatların Əməkdaşlıq toplantısı 72 ölkədən 555 iştirakçını bir araya gətirərək nəşriyyat evləri və agentliklərin görüşlərinin və müəllif hüquqları mübadiləsi üçün əvəzolunmaz zəmin yaradır. Toplantının əsas məqsədi dünya nəşriyyatları arasında qarşılıqlı əməkdaşlığı artırmaq, sektorda yeni kommersiya əlaqələrinin qurulmasına şərait yaratmaq, nəşriyyat sahəsində sektoral inkişafı izləmək, bir çox alt sektorların, nəşriyyat və mətbəələrin inkişafına töhfə vermək, xüsusilə, müəllif hüquqları agentlikləri, redaktorlar, tərcüməçilər, illüstratorlar, pərakəndə satışçılar və distributorlarla bağlı vəziyyəti yaxşılaşdırmaqdır. 
“Libra kitab” nəşriyyatının ikinci dəfə qatıldığı Nəşriyyatların əməkdaşlıq toplantısında 50-dən çox nəşriyyatla görüşlər təyin olunmuş, müxtəlif ölkələrin təmsilçiləri ilə əməkdaşlıq görüşləri keçirilmişdir. Dünyanın hər yerindən gələn nəşriyyat evləri ilə aparılan görüşlərdə yüzlərlə kitabla yaxından tanış olub məlumat əldə edilmiş, bu kitabların ölkəmizdə tərcüməsi və çapı üçün əlaqələr qurulmuşdur. Türkiyədən Hindistana, Kanadadan Fransaya qədər bir çox ölkələrdən təmsilçilərin iştirakı ilə keçirilən konfransda “Libra kitab” nəşriyyat evi də onlayn və oflayn görüşlərdə aktiv iştirak etmişdir.

Baxış sayı : 384