I Bilik Kitab Sərgisi

ANAİB-in kitabçı yoldaşı Nurəddin Məmmədlinin əziz xatirəsinə ithaf edilən "l Bilik Kitab Sərgisi" keçiriləcək.

📌ANAİB və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9, 10, 11 sentyabr tarixlərində Nizami rayonu H.Əliyev adına parkda "ANAİB I Bilik Kitab Sərgisi" keçiriləcək.

Sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.Bununla yanaşı sevimli yazıçılarla imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, face-art, master-klasslar kimi fəaliyyətlər təşkil olunacaq.

Sərgidə “Libra kitab” nəşriyyatının stendində olacaq endirimlərdən yararlanmağı unutmayın.

Baxış sayı : 342