Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "ANAİB I Naxçıvan Kitab Sərgisi" baş tutub.

May ayının 13-ü və 14-ü "Naxçıvan" Universitetində "Naxçıvan" Universiteti, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi və "Hədəf" şirkətlər qrupunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "ANAİB I Naxçıvan Kitab Sərgisi" baş tutub.
Sərgidə ölkəmizin ziyalıları ilə görüş, məşhur yazıçılarla imza saatları, müxtəlif panellər keçirilib, minlərlə kitab endirimli qiymətlərlə kitabsevərlərə təqdim olunub.

Baxış sayı : 217

gallery