Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin V kurs tələbələri “Libra Kitab” nəşriyyatında istehsalat təcrübəsi keçiblər.
Təcrübə müddətində onlara nəşriyyat işinin təşkili, kitabların korrektə, redaktə və dizayn prosesi haqqında ətraflı məlumat verilib. Tələbələr nəşriyyatın fəaliyyəti ilə yaxından tanış olaraq, kitabların hazırlanması prosesində bilavasitə iştirak ediblər.
Təcrübənin sonunda “Libra Kitab” nəşriyyatı hər bir tələbəyə kitab hədiyyə edib.
Baxış sayı : 33