QİÇS-lə bağlı maarifləndirici seminar təşkil olundu

Dekabrın 2-də Sabunçu rayon MKS-nin 12 saylı Kitabxana filialı, Şuşa rayon 7 nömrəli orta məktəb və “Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə «QİÇS-lə bağlı mübarizə tədbirləri” adlı maarifləndirici seminar təşkil olunub.

Tədbirdə 12 saylı Kitabxana filialının əməkdaşları, Şuşa rayon 7 nömrəli orta məktəbin şagird və müəllim kollektivi, AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun gənc alimlər şurasının üzvü, “Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım” İctimai Birliyinin sədri Gülnarə Hüseynova, EGE hospitalın pediatr uzmanı Günay Usubova, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Kliniki laboratoriyasının əməkdaşları Vüsalə Mirzəyeva, Samira Haciyeva və “Libra Kitab” nəşriyyatının redaktoru Nicat Əliyev iştirak ediblər. 

“Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım” İctimai Birliyinin sədri Gülnarə Hüseynova çıxışında şagirdlərə sağlam həyat tərzi nədir və sağlam olmaq üçün nələrə əməl edilməsi haqqında tövsiyələr verib.

Tədbir iştirakçıları yeniyetmələrə tövsiyələr verərək bildirdilər ki, dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılıb.

Bildirilib ki, ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2019-cu il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi olaraq 6502 İİV-infeksiyalı xəstə qeydiyyata alınıb, onlardan 4568 nəfərini kişilər, 1934 nəfərini qadınlar təşkil edir.

Tədbirdə “Libra Kitab” nəşriyyatından 60 nüsxə kitab şagirdlərə hədiyyə olunub. Tədbirin sonunda B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Kliniki laboratoriyasının əməkdaşları Vüsalə Mirzəyeva, Samira Haciyeva uşaqların ümumi qan analizinin göstəricilərinin təyin edilməsi üçün səyyar laboratoriya təşkil ediblər.

Baxış sayı : 955

gallery
gallery
gallery
gallery