Eyvaz Zeynalov 1950-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) Filologiya fakültəsini bitirib.
2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq Hekayə Müsabiqəsinin, 2010-cu ildə isə "Azadlıq" radiosunun keçirdiyi ilk "Ədəbi Azadlıq" hekayə müsabiqəsinin qalibi (1-ci yer) olub. Əsərləri rus, ingilis, alman, gürcü, qırğız, krım-tatar və özbək dillərinə tərcümə olunub.
Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdür. Müəllifin uşaqlar üçün yazdığı hekayələri 2010-cu ildən etibarən ümumtəhsil məktəblərinin Azərbaycan dili və Ədəbiyyat dərsliklərində (4, 5 və 7-ci siniflərdə), həmçinin rus bölməsinin 5-ci sinif dərsliyində yer alıb.
2019-cu ildən Eyvaz Zeynalovun əsərləri Ədəbiyyat üzrə qəbul imtahanlarının test proqramına daxil edilib.